Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan Münhendə inandırıcı faktlar səsləndirə bilmədi

“Paşinyan tərəfindən Tiqran və Ermənistandakı inqilab barədə irəli sürülmüş tarixi arqumentlər zəif idi”

Məlumata görə, bunu jurnalistlərlə görüş zamanı erməni politoloq Aleksandr Manasyan deyib.

Politoloq bildirib ki, bağlı qapılar arxasındakı müzakirələr ilə mətbuat konfransındakı çıxışlar fərqlilik təşkil edir. Birinci halda konkret nəyin müzakirə olunduğu bəlli deyil. İkinci halda, yəni konfrans zamanı Paşinyan heç də inandırıcı çıxışları ilə diqqətləri üzərinə çəkə bilməyib.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Konfrans zamanı Prezident İlham Əliyev əsaslı faktlar ilə Ermənistanın baş naziri Nikol Paşinyanı çıxılmaz vəziyyətə salmış və hətta Paşinyanı fikirlərində səhv etməsinə, Qarabağın Azərbaycan torpağıdır dəməsinə məcbur etmişdir. 

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 Fevral 2020 14:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə