Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Dinara Əliyeva Böyük Teatrda “Su pərisi” operasında oynayacaq

Aprelin 8-dən 12-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Antonin Dvorjakın “Su pərisi” operası oynanılacaq.

Su pərisinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.

D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2020 11:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə