Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran dirijoru və müğənnisi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında

Əksər ölkələrində məşhur dirijor kimi tanınan, İran İslam Respublikasının məşhur sənətçisi Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarına dirijorluq edəcək. Bunu özünün feysbuk  səhifəsində  teatrın  mətbuat xidmətinin  rəhbəri  Fəridə Aslanova paylaşıb.

"O olmasın, bu olsun" tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, "Arşın mal alan" isə 22 və 25 mart tarixlərində saat 19:00-da göstəriləcək.

Tamaşalarda Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2020 11:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə