Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna parlamentində Xocalı soyqırımının tanınması məsələsi müzakirə ediləcək

Ukrayna Ali Radasında Xocalı soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri bu mövzuda birgə müzakirələr aparıblar. Yaxın vaxtlarda məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Diaspor rəhbəri deyib: “Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırımı əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması ölkələrimiz arasında dəstək və həmrəyliyi bir daha nümayiş etdirəcək”.

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 2020 10:52 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə