Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-nun kafedrası “amurad.az” saytını təqdim etdi

Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytı fəaliyyətə başlayıb. amurad.az saytının yaradılmasında əsas məqsəd kafedrada görülən işlər haqqında ictimaiyyətə ətraflı məlumatın verilməsidir. Əsas hədəf modern dizayn və zəngin tərtibatı olan səhifədə operativ informasiya yerləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəlməsi məqsədilə ümumi çevikliyi təmin etməkdir.

Kafedranın müdiri tibb elmləri doktoru Məlahət Sultanova qeyd edib ki, saytda dərs cədvəlləri, sillabuslar və proqramlar, tələbələrin istifadə edə biləcəkləri mənbələr (PDF variantları), müxtəlif elektron resurslar və linkər daxil edilib: “Müasir təhsilin bütün vacib tələblərini qarşılayacaq, ona fayda verə biləcək potensiala sahib olan bu saytda kafedrada aparılan elmi işlər, əməkdaşlarımızın iştirak etdiyi konfranslar, elmi məqalələrin yerləşdirilməsi nəzərdə tutulub. Saytda pasiyentlər üçün də maarifləndirici məlumatlar yerləşdiriləcək, həmçinin sualların onlayn cavablandırılacaq. Saytda bu sahəyə aid maraqlı xəstəliklər barədə məlumatlar, fotolar yerləşdiriləcək ki, bu da tələbə və həkim rezidentlərin böyük marağına səbəb ola bilər”.

Bunlardan əlavə, saytda yeni təsis olunmuş Azərbaycan Radiologiya Cəmiyyəti və Avropa Radiologiya Cəmiyyətində aparılan işlər, konfranslar, treyninq və kurslar haqqında mütəmadi olaraq məlumat veriləcək.

Tibbi radiologiya tibbin anbaan inkişaf edən, müxtəlif şüaların diaqnostika və müalicə məqsədilə istifadə edildiyi,texnoloji yeniliklərin uğurlu nəticələrinin tətbiqinə əsaslanan və bütün sahələrlə sıx əlaqədə olan elm sahəsidir. Odur ki, bu sahəyə aid ixtisaslı sayt istifadəçilər üçün gözəl və etibarlı mənbə rolunu oynayacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2020 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə