Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ictimaiyyətini aldatmaq cəhdi baş tutmadı

Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi olmuşdur. Dövlətimizin başçısının müzakirə zamanı Qarabağla bağlı tarixi həqiqətlərdən çıxış edərək, ­qarşı tərəfi faktiki olaraq mat vəziyyətində qoyması Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri arasında dərin məmnunluq hissi doğurmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İlham Mazanlı bu barədə dedi: 

– Mən panel müzakirəsini böyük maraqla izlədim. Prezident İlham Əliyev Paşinyana faktiki olaraq tarix dərsi keçdi. Hesab edirəm ki, cənab İlham Əliyevin Dağlıq ­Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. 
Prezident İlham Əliyev ­vurğuladı ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycana hüquqi ərazisi kimi tanıyır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Paşinyan bu tutarlı arqument qarşısında aciz idi! 
Yaxud digər bir məqam. Prezident İlham Əliyev XlX əsrin əvvəllərindən başlayaraq, 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda, Paşinyan hüquqi cəhətdən əsaslandırılmış bir dənə də fakt belə ortaya qoymadı. 
Prezident İlham Əliyev Münxendə qətiyyətlə bir daha bildirdi ki, Azərbaycan dövləti heç vaxt öz tarixi ərazisində ikinci erməni dövlətinin yaradılmasına razı olmayacaq: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti”

 

18 2020 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə