Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu, Azərbaycanın tarixi qələbəsi idi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü indi ən çox müzakirə olunan mövzuya çevrilmişdir. Mən bu görüşü televiziyadan sonadək izlədim. Bir daha şad oldum ki, ölkəmizə İlham Əliyev kimi yüksək biliyə, intellektə, dünyagörüşünə malik olan yetkin bir siyasi xadim rəhbərlik edir.

Cənab İlham Əliyev, sözün həqiqi mənasında, Ermənistanın baş nazirini nokaut vəziyyətinə saldı. Azərbaycan Prezidenti elə ilk olaraq bildirdi ki, biz buraya həqiqəti demək üçün gəlmişik. Bəli, İlham Əliyev həqiqəti danışırdı. Paşinyan isə həqiqət qarşısında çox aciz görünürdü.
İlham Əliyev 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışdı, onun üzərində psixoloji üstünlük əldə etdi. Hətta Ermənistan mətbuatı da bunu etiraf edir. Paşinyan heç ingilis dilində normal danışa bilmirdi. Fikirləri tamam qarışıq və yalanlardan ibarət idi. Azərbaycanın keçmiş Şaumyan rayonu, Xocalı soyqırımı haqqında danışanda buraxdığı səhvlərə Prezident İlham Əliyev çox dürüst düzəlişlər etdi. Cənab Prezidentimiz bildirdi: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Paşınyan heç bilmir ki, Şaumyan rayonu Dağlıq Qarabağa aid deyildi. O, doğrudan da piyada siyasətçidir və baş nazir postunda təsadüfi adamdır.
Bir məsələ də diqqətçəkən oldu. Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququndan danışan Paşinyana Prezidentimizin cavabı çox kəskin oldu: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” Bu, çox kəskin bir cavab idi və bununla Paşinyanı mat vəziyyətinə saldı.
 Bir məsələ də diqqətimi çəkdi. Cənab Prezident erməni və azərbaycanlı icmaları arasında ünsiyyət təşəbbüsünə də toxundu və qeyd etdi ki, ermənilər birgəyaşayışdan başqa yol olmadığını anlamalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidirlər. Bu sözlər, xüsusilə, Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə ünvanlanmışdı.
Prezident İlham Əliyev bir məsələni də diqqətə çatdırdı. Dövlət başçımız bildirdi : “Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır.” Cənab Prezidentin tarixi qələbəsi kimi xarakterizə edilən bu görüş ermənilərə, əsl mənada, ruslar demişkən, “likbez” (savadsızlığın ləğvi – red.) dərsi oldu.

 

Ömər ELDAROV, 
akademik

 

18 2020 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə