Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 49 Bakı şəhəri, 17 fevral 2020-ci il 
 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 844 nömrəli Fərmanının 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 17 fevral

tarixli 49 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin

      Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional

.....................idarələrinin ərazi mənsubiyyətinin bölgüsü

 

  1.  Dövlət Xidmətinin Bakı Regional İdarəsi

 

İnzibati ərazilər (şəhər, rayon)

1. Bakı və ətraf qəsəbələri

2. Abşeron

 

  1.  Dövlət Xidmətinin Şabran Regional İdarəsi

 

İnzibati ərazilər (şəhər, rayon)

1. Şabran

2. Sumqayıt

3. Qobustan

4. Xızı

5. Xaçmaz

6. Quba

7. Qusar

8. Siyəzən

9. Qubadlı

10. Şuşa

11. Xankəndi

12. Zəngilan

 

  1.  Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi

 

İnzibati ərazilər (şəhər, rayon)

1. Qəbələ

2. Şamaxı

3. Ağsu

4. İsmayıllı

5. Oğuz

6. Şəki

7. Qax

8. Zaqatala

9. Balakən

10. Göyçay

11. Ucar

12. Zərdab

13. Ağdaş

14. Mingəçevir

  1.  Dövlət Xidmətinin Gəncə Regional İdarəsi

                                                                                                                                                                                                                                                                                                                                                                                                          

 

İnzibati ərazilər (şəhər, rayon)

1. Gəncə

2. Naftalan

3. Samux

4. Goranboy

5. Yevlax

6. Bərdə

7. Tərtər

8. Ağcabədi

9. Beyləqan

10. Göygöl

11. Ağstafa

12. Qazax

13. Tovuz

14. Şəmkir

15. Gədəbəy

16. Daşkəsən

17. Kəlbəcər

18. Xocalı

19. Laçın

20. Ağdam

 

  1.  Dövlət Xidmətinin Salyan Regional İdarəsi

 

İnzibati ərazilər (şəhər, rayon)

1. Salyan

2. Lənkəran

3. Astara

4. Lerik

5. Yardımlı

6. Masallı

7. Cəlilabad

8. Biləsuvar

9. Neftçala

10. Şirvan

11. Hacıqabul

12. Sabirabad

13. Saatlı

14. İmişli

15. Kürdəmir

16. Cəbrayıl

17. Xocavənd

18. Füzuli

___________________

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə