Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alınması məqsədilə

Tender 7 lot üzrə keçirilir.
Lot-1. Qəhvəyi rəngli qaragüldən və süni xəzdən qulaqlı papaq, göy rəngli yay və qəhvəyi rəngli qış hospital kostyumları, baş zabit heyəti üçün kamuflyaj rəngli yay və qış səhra furajkası, yataq torbası və zoğalı rəngli beret
Lot-2. Qadın üçün zeytun rəngli qış paltosu, zabit heyəti və qadın üçün demisezon palto, yay kiteli və şalvarı, yay kiteli və tumanı, demisezon gödəkcə və şalvar, gödəkcə və tuman, kursant üçün yay şalvarı, qış kiteli və şalvarı, demisezon gödəkcə və şalvarı
Lot-3. Kamuflyaj rəngli isti səhra gödəkcəsi, yay və qış səhra kostyumları furajka ilə
Lot-4. Kişi və qadın üçün bej rəngli qısaqol və uzunqol köynək, qadın üçün ağ rəngli uzunqol köynək 
Lot-5. Akril ədyal və pambıq balış
Lot-6. Ağ rəngli tibb xalatı və qalpağı, qısaqol gödəkçə, aşpaz qalpağı, gödəkçəsi, şalvarı və önlüyü, ağ rəngli gödəkçə
Lot-7. Uzunboğaz botinka və rezin çəkmə
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar və texniki xüsusiyyətlərə (tələb olunan texniki xüsusiyətlərə ) uyğun hazırlanmış (tikilmiş) ən sərfəli sayılan tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
 İştirak haqqı lot – 1, lot-4 və lot-5 hər biri 150 manat, lot -2 və lot-7 hər biri 300 manat, lot -3 500 manat, lot -6 isə 20 manatdır.
B1. Benefisiar (alan) bank
Adı- Dövlət Xəzinədarlığı Agentliyi 
Kod -210005 
VÖEN -1401555071 
M/h -AZ41NABZ01360100000000003944 
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı- DİN-in Daxili Qoşunlarının Baş İdarəsi,
H/h -AZ44CTRE00000000000002458570
VÖEN- 1500426471
D3. Büdcə təsnifatının kodu -142330
 D4. Büdcə səviyyəsinin kodu -7
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2020-ci ildə notariusdan təsdiq edilmiş surəti);
- son beş ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat); 
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları (tender zərfləri açıldıqdan sonra bir il qüvvədə olmalıdır), xüsusi icazə lisenziyaları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər və tender təklifləri qəbul edilməyəcək).
İddiaçılar iştirak etdikləri lotlar üçün 10 mart 2020-ci il saat 12.00-a, şərtlər toplusunda göstərilən texniki xüsusiyətlərin tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə sınaqlar, təcrübə aparmaq üçün nümunələr, həmin malların uyğunluq sertifikatlarının əslini (və ya 2020-ci ildə notariusdan təsdiq edilmiş surəti) isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə aid zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 10 mart 2020-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 18 mart 2020-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim edilən tender təklifləri və sənədlər qəbul olunmayacaqdır. 
Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 19 mart 2020-ci il saat 15.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan- Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.
Əlaqələndirici şəxslər- E.Əliyev, ­­telefon- 569-95-10 və R.Mustafayev -513-23-08.

 

Tender komissiyası

19 2020 03:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə