Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan filmləri dördüncü Şarm əl-Şeyx festivalında nümayiş olunacaq

İyunun 20-dən 26-dək Misir Ərəb ­Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. ­Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Festivalda rejissor Elçin Musaoğlunun “Nabat “ və Zamin Məmmədovun “Səs” filmləri nümayiş olunacaq. Bununla bağlı səfirlik Azərbaycanın Mədəniyyət Nazirliyi ilə razılığa gəlib.
A.İbrahim bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm əl-Şeyx Film Festivalında Azərbaycanın rejissor Hilal Baydarovun “Ad günü” filmi ilə iştirak etdiyini xatırladıb, bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğulayıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 2020 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə