Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin 700 adda ABŞ məhsuluna rüsumu dayandırır

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Çin Xalq ­Respublikası təqribən 700 adda ABŞ məhsuluna tətbiq olunan əlavə gömrük rüsumumun dayandırılmasına qərar verib.

Agentlik Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Gömrük Tarifləri Komissiyasının yaydığı məlumata əsasən bildirir ki, kommersiya prinsiplərinə uyğun olaraq alınan ABŞ mallarına əlavə tariflər tətbiq olunmayacaq. Bu, Çin idxalçılarının ABŞ-dan kommersiya prinsipləri əsasında məhsul almalarını təşviq edəcək. Həmin şirkətlər martın ikisindən etibarən ABŞ-dan məhsul idxal etmək üçün Çinin bu tarif istisnalarından yararlanacaqlar. Bunun üçün sözügedən şirkətlərin onlayn qaydada Çin Maliyyə Nazirliyinə müraciət etməsi lazımdır.
Mənbə yazır ki, bir il müddətinə qüvvədə olacaq qərar dəniz məhsulları, tibbi ləvazimatlar, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG), kimyəvi məhsullar və digər mallara şamil olunacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 2020 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə