Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lukaşenko “Rosneft”lə əməkdaşlığa ümid edir

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o,  Rusiyanın milli neft şirkəti “Rosneft”lə yeni əməkdaşlıq haqqında razılaşmaya ümid edir. Bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir  ki, Belarus Prezidenti bunu “Rosneft” şirkətinin rəhbəri İqor Seçinlə görüşdə söyləyib. İ.Seçin isə, öz növbəsində, konstruktiv danışıqlara hazır olduğunu bildirib.
Xatırladaq ki, Rusiyanın neft şirkətləri bu ilin əvvəlindən Belarusa neft tədarükünü dayandırıb. Buna səbəb “Belneftxim” şirkəti ilə razılıq əldə olunmamasıdır. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2020 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə