Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqasının növbəti mövsümünə vəsiqəni təmin edən ilk komanda

“Eurosport”un yaydığı məlumata görə, İngiltərənin “Liverpul” futbol klubu 2020-2021-ci il mövsümü üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Bildirilir ki, bu nəticə İngiltərə Premyer Liqasının XXVI turunda “Çelsi” komandasının “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzmasından sonra rəsmiləşib. Bu nəticədən sonra Yurgen Kloppun komandası cari mövsümün sonunda turnir cədvəlini ən azı 4-cü pillədə bitirəcəyi dəqiqləşib.

Qeyd edək ki, hazırda turnir cədvəlinin 4-cü və 5-ci pilləsində qərarlaşan “Çelsi”nin 41, “Tottenhem”in isə 40 xalı var. Bu komandalar mövsümün sonunda maksimum 74 və 73 xal toplaya bilərlər. “Liverpul”un 76 xalı olduğu üçün sözügedən klublar onu qabaqlaya bilməyəcək.

Beləliklə, “Liverpul” növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanan ilk komanda olub.

Məlumat üçün deyək ki, Liverpul təmsilçisi bu axşa UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində səfərdə İspaniyanın “Atletiko” klubu ilə qarşılaşacaq.

E.ABBASOV,
“Xalq qəzeti”

18 2020 17:13 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə