Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəsmi Kiyev 1 milyon iş yeri yaratmaq niyyətindədir

Ukrayna Nazirlər Kabineti 2020-ci ildə 200 min, 5 il ərzində isə 1 milyon iş yeri yaratmaq niyyətindədir. Bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk özünün “Telegram” kanalında bəyan edib.

Qeyd edilir ki, yeni iş yerlərinin yaradılmasından əlavə hökumətin 2020-ci il üçün əsas hədəflərindən biri iş axtarmağa sərf olunan orta müddətin 3,6 aydan 2 ayadək azaldılmasıdır.

Məlumat üçün deyək ki, Ukrayna hökuməti “İnvestisiyalar vasitəsilə inkişaf” iqtisadi strategiyasını rəhbər tutur. Strategiyada nəzərdə tutulan plana müvafiq olaraq, işsizlik səviyyəsi 2020-ci ildəki 7,6 faizdən 2024-cü ildə 5,2 faizədək aşağı düşəcək, məşğulluq səviyyəsi isə 68,2 faizdən 71,4 faizədək artacaq.

E.ABBASOV,
“Xalq qəzeti”

18 2020 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə