Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sarri “Yuventus”un tarixinə düşdü

İtaliya “A” Seriyasının 24-cü turunda evdə “Breşiya” komandası üzərində qələbə (2:1) “Yuventus” üçün əlamətdar olub. Bu barədə “AS” nəşri məlumat yayıb.

Qeyd edilir ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda bu mövsüm 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis “Yuventus”un tarixində bu uğura imza atan ikinci məşqçidir. Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə Karlo Parola olub.

Qeyd edək ki, “Yuventus” 57 xalla turnir cədvəlində liderlik edir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

18 2020 17:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə