Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vuhan xəstəxanasının baş həkimi Liu Zhimminq virusdan öldü

“Reuters” agentliyinin yaydığı məlumata görə, koronavirusla mübarizədə kilid isim olan Vuhan xəstəxanasının baş həkimi Liu Zhimminq  amansız virusun qurbanı olub.

Çin dövlət televiziyası həkim Zhimminqin bütün cəhdlərə rəğmən vəfat etdiyini bəyan edib.

Zhimminq virusun ortaya çıxdığı Vuhan şəhərindəki, Vuhan xəstəxanasının baş həkimi idi. Bu xəstəxana Vuhan şəhərində karantin elan edilməsi və onun icrası baxımından vacib mərkəzlərdən hesab olunur.

Qeyd edək ki, Vuhan şəhərinin Hubei əyalətində ki, Ezhou xəstəxanasının sabiq baş həkimi Xu Depudanın ötən həftənin çərşənbə günü virusdan öldüyü müəyyən edilmişdi.

Elçin ABBASOV,
“Xalq qəzeti”

18 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə