Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal 6,4 faiz artıb

Yanvarda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 195,4 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə istehsalın həcmində 6,4 faizlik artım müşahidə olunub.

Ötən ay su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 1 faiz artaraq 23,9 milyon manat təşkil edib.

Ay ərzində sənaye məhsulunun 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Yanvarda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 Fevral 2020 17:01 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə