Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı şəhidlərinin xatirəsi anıldı

“Yeni üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri keçirmişdir.

Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq bütün şəhidlərin, o cümlədən bu günlərdə şəhid olan Seymur Ələsgərovun ruhuna dualar oxunub.

Sonra “Yenu üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirmişdir  ki, Xocalıda baş verən soyqırım aktı Azərbaycan xalqının yaddaşında qanlı  faciə kimi yaşayır. Ermənilərin törətdiyi bu qətliam Azərbaycan xalqına qarşı törədilən dəhşətli soyqırımı aktıdır: “1992-ci il fevralın 25-dən  26-na  keçən gecə  baş verən bu faciə  zamanı qocalar, qadınlar, uşaqlar erməni faşistlər  tərəfindən  güllələnmiş, sağ qalanların bir qismi isə soyuqdan donaraq həyatlarını itiriblər. Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bizim borcumuz isə Qarabağın azadlığı yolunda birgə mübarizə aparıb qələbəyə nail olmaqdır”.

S.Əzimbəyli silsilə tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə, “Cənnət” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin sonunda ehsan süfrəsi açılıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2020 11:43 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə