Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pərvin Kərimzadə: Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq ermənilərə siyasi dərs keçdi

Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatından, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqindən sonra Münxen müzakirəsi zamanı səsləndirdiyi faktlar dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yartdı.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin münaqişənin necə həll edilməsi haqqında Azərbaycanın mövqeyini bəyan edərkən məsələnin tarixini əsaslı faktlarla ictimaiyyətə çatdırması işğalçı dövlətin baş nazirini çətin vəziyyətə saldı. Hətta Paşinyan Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini də xahiş etdi. Azərbaycanın ədalətli mövqeyi, dəqiq faktlar qarşısında açiz duruma düşən Paşinyan heç bir fakt ortaya qoya bilmədi.

Avropa və dünya ictimaiyyətinin gözü qarşısında ölkə Prezidenti İlham Əliyev bəyan etdi ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, Xocalıda soyqırımı törədib. Dövlət başçısınnın qəti şəkildə səsləndirdiyi bu fikirlər Ermənistan hökumətinin işğalçılıq siyasətini bir daha gündəmə gətirdi.

Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını halda, heç bir ölkənin Dağlıq Qarabağı tanımadığını da diqqətə çatdırdı: "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır".

Dünya içtimaiyyətinin gözü önündə Ermənistanın baş nazirinin məntiqsiz, cəfəngiyatla, yalanla dolu sərsəm iddialarına Prezident İlham Əliyevin iti zəkası, siyasi məntiqi sayəsində tutarlı faktlarla cavab verməsi işğalçı ölkədə də böyük əks-səda doğurub. Azərbaycan Prezidentinin müzakirələr zamanı arqumentli danışması, Paşinyan üzərində tam üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmadı, erməni ictimaiyyətini sözün həqiqi mənasında silkələdi. Sosial şəbəkələrdə, mətbuatda Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyada acizliyi, Ermənistanı gülünc vəziyyətə salması hiddətlə qarşılanıb. Hətta baş nazir haqqında çox kəskin ifadələr belə işlədilir.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bir daha dünyaya bəyan edildi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq.

Müzakirələrin keçirildiyi gün təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi isə Ermənistanın təcavüzkar, işğalçı siyasətinin dünyaya növbəti nümayişi oldu.

Pərvin Kərimzadə,
Beşinci çağırış Milli Məclisin deputatı

18 2020 11:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə