Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 413                                                                                              Bakı şəhəri, 25 sentyabr 2018-ci il
 
“Azərsu”   Açıq   Səhmdar   Cəmiyyətinin   fəaliyyətinin  təmin edilməsi  ilə  bağlı bir sıra tədbirlər  və “Azərsu”  Açıq  Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakları həmin Cəmiyyətin balansına verilməklə onun nizamnamə kapitalına yönəldilsin:
1.1. “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru;
1.2. “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti;
1.3. “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru;
1.4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti;
1.5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti;
1.6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti;
1.7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 iyul tarixli 332 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.1-ci bənddə “400,0 milyon” rəqəmləri və sözü “408 749 120 (dörd yüz səkkiz milyon yeddi yüz qırx doqquz min yüz iyirmi)” rəqəmləri və sözləri ilə əvəz edilsin;
2.2. 4.2-ci bənddə “20000000” rəqəmləri “20 437 456 (iyirmi milyon dörd yüz otuz yeddi min dörd yüz əlli altı)” rəqəmləri və sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
 
Yaqub EYYUBOV,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin