Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 414                                                                                              Bakı şəhəri, 25 sentyabr 2018-ci il


“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, aqrar sahədə bazar infrastrukturunun inkişafı və sahə üzrə ixtisaslaşan təsərrüfatların formalaş-dırılması, onların qlobal bazara geniş inteqrasiya sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 478; 2016, № 9, maddə 1568; 2017, № 4, maddə 606, № 7, maddə 1495) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şəki Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Qusar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Samux Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Qobustan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Ağstafa Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tovuz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gədəbəy Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Zərdab Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şabran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şamaxı Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şəmkir Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı Dövlət “Cıdır meydanı” Məhdud Məsuliyyətli Cəmiyyəti, “28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Cəlilabad Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Ağstafa rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şamaxı rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cəlilabad rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyində olan Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.”.
2. 28-ci hissədə “Ağdam atçılıq təsərrüfatı” sözləri “Qarabağ atçılıq zavodu” sözləri ilə əvəz edilsin.
3. 28-ci və 29-cu hissələrdə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.
4. 34.1-ci və 34.2-ci bəndlərdə ismin müvafiq hallarında verilmiş “kənd təsərrüfatı istehsalat müəssisələri məhdud məsuliyyətli cəmiyyətləri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
5. 7-26-cı və 30-cu hissələr ləğv edilsin.

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin