Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 17-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,

Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90%, gündüz  60-70% olacaq. 

Azərbaycanın rayonlarında

Arabir  yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  5-10°  isti,

dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacaq.

17 2020 17:25 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə