Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elxan Ələsgərov: Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasınndakı müzakirə zamanı Dağlıq Qarabağ həqiqətlərini Azərbaycan lideri diqtə edirdi.

Azərbaycan Prezidenti münaqişə ilə bağlı mühüm məqamları açıqladı: "Bütün erməni rəhbərlər status-kvonu saxlamağa çalışır, azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır, işğal olunmuş ərazilərdən Ermənistan ordusu çıxarılmalıdır, onlar bu əraziləri saxlamaq istəyir. Heç vaxt!" Azərbaycan Prezidentinin səsləndirdiyi faktların təzyiqi ilə üz-üzə qaldıqda Ermənistan baş naziri Paşinyan yalanlar uydurmağa başladı. Səsləndirilən real faktları təkzib etməyə söz tapmayanda, o növbəti dəfə Qarabağın Stalin hakimiyyəti dövründə Azərbaycana verilməsi ilə bağlı erməni təbliğat yalanına əl atdı.

Bununla belə, Qafqaz bürosunun guya Dağlıq Qarabağın Azərbaycana verilməsi ilə bağlı erməni təbliğatının yalanı Prezident İlham Əliyev tərəfindən ifşa olundu. Azərbaycan Prezidenti panelin çoxsaylı iştirakçılarına və  beynəlxalq auditoriyaya bəyan etdi: "Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox".

Daha sonra dövlətimizin başçısı arqumentlərlə bildirdi: "Əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi". Dəfələrlə Paşinyanı geniş auditoriya qarşısında rəzil duruma salan Prezident İlham Əliyev müzakirənin sonunda bəyan etdi ki, erməni xalqı artıq Ermənistanda öz müqəddəratını artıq təyin edib və “mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"

Elxan Ələsgərov,
"Baku Network" Ekspert Şurasının direktoru,
fəlsəfə doktoru

17 2020 13:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə