Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmiryolu səyyar klinikası Lənkəranda tibbi aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin dəmiryolu səyyar klinikası 12-13-14 fevral tarixlərində Lənkəran sakinlərinə tibbi xidmət göstərib. 3 gün davam edən aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarət olub.

Fevralın12-13-də müayinələr, 14 fevralda isə cərrahi əməliyyatlar icra olunub. Aksiya çərçivəsində 245 nəfər müayinə olunub, 11 nəfər isə cərrahi əməliyyat edilib.

Qeyd edək ki, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu səyyar klinikası fəaliyyətə başlayıb. Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan--Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarın uzunluğu 25, eni 3 metrdir. Qatar oftalmoloji müayinələr üçün bölmə, oftalmoloq yerindən ibarətdir. Həmçinin müayinələr üçün lazım olan avadanlıqlarla təchiz edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 12:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə