Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Respublikasının Prezidenti zati-aliləri cənab Gitanas Nausedaya

Hörmətli cənab Prezident!

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2020-ci il

16 2020 11:57 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə