Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçayda 12, 3 kilometrlik yerli əhəmiyyətli yol yenidən qurulur

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir.

Agentlikdən verilən məlumata görə, bu çərçivədə, Göyçay rayonunda icrasına başlanılan layihələrdən biri də 12,3 kilometr  uzunluğa malik yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yoludur.

Yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolunda uzun illər əsaslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşmüş, bu üzdən nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 4-cü texniki dərəcəyə uyğun yenidən qurulması ilə yaşanan problemi aradan qaldırılır.

Yolda ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağımış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kv.m sahədə icra olunur.

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2020 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə