Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rəssamın çəkdiyi portret bütün dünyaya yayılıb

Azərbaycanlı rəssamın çəkdiyi portret bütün dünyaya yayılıb

Dünya şöhrətli britaniyalı ulduz Dua  Lipa azərbaycanlı rəssam-illüstrator Kənan Şeyxzamanlının çəkdiyi portretini o qədər bəyənib ki, onu 39 milyonluq izləyiciləri arasında paylaşıb.

Əvvəlcə Kənan Şeyxzamanlı öz "Instagram" səhifəsində müğənninin "Physical" klipindən yaranmış təəssürat əsasında çəkdiyi portretini yerləşdirib. Abunəçilərindən xahiş edib ki, portretə yazdıqları şərhlərdə ulduzun adını etiketləşdirsinlər. Nəticədə portret və status ulduz müğənninin diqqətini cəlb edib. O, portreti öz "Instagram" hesabında paylaşaraq, azərbaycanlı sənətkarın əsərlərini çoxmilyonçu izləyicilərinə nümayiş etdirib.

Rəssam-illüstrator Kənan Şeyxzamanlı uşaq yaşlarından yaradıcılıqla məşğul olur. O, Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın "Qoşa qanad" adlı bəstəsinin klipinin də illüstratoru olub.

Qeyd edək ki, Kosova əsilli Dua Lipa Britaniya müğənnisi, mahnı müəllifi və modelidir. O, 2015-ci ildə "Warner Bros Records" ilə müqavilə bağlayaraq orada ilk sinqlını buraxıb. 2016-cı ilin dekabr ayında "The Fader" jurnalının dəstəyi ilə müğənni haqqında "Mavi rəngdə" sənədli filmi çəkilib. 2017-ci ildə Dua Lipa "Spotify" tərəfindən Britaniyanın ən populyar müğənnisi seçilib. Həmin vaxt onun dünya üzrə 8,5 milyon sinqlı və 1,5 milyon albomu satılmışdı. Hazırda onun son sinqlı olan "IDGAF" "Spotify"ın qlobal çartında beşinci yerdə qərarlaşıb. "New Rules" hiti isə Amerikanın "Billboard" çartının Top-100-lüyünə daxil olub. Dua Lipa "Awards 2018"in mükafatlandırılma mərasimində iki nominasiyanın - "Ən yaxşı solo ifaçısı" və "İlin partlayışı"nın qalibi elan edilib. Müğənni 2018-ci ildə Bakıda "Formula-1" Qran-prisi çərçivəsində keçirilən konsertdə çıxış edib.

Lipa 2019-cu ilin fevralında "Ən yaxşı yeni sənətçi" nominasiyasında "Grammy" və "Ən yaxşı rəqs yazısı" kateqoriyasında "Electricity" əldə edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2020 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə