Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib

Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirildi və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi. Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edildi.
Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulandı, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırıldı.
Söhbət zamanı, həmçinin ölkələrimizin “OPEC+” çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirildi.

 

AZƏRTAC

15 2020 00:51 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə