Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir. 
Görüşdə vurğulandı ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər. 
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

15 2020 00:43 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə