Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin NTV kanalına müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayıb. 
Müsahibədə türkdilli tamaşaçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət barədə məlumat verilir. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından ötən ili münaqişənin həlli baxımından itirilmiş il kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, təcavüzkar ölkə üzdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində, işğalçılıq siyasətindən əl çəkmir. 
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız mərhələli qaydada həllini tapmalıdır. Çünki bu münaqişənin ortaya çıxardığı və həllini gözləyən mühüm məqamlar var. Bunun üçün, ilk növbədə, işğalçı Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk etməlidir. Sonra bu bölgələrdən məcburi köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi cəhətdən həyata keçirilmiş olar. 

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

 

15 2020 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə