Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”

“Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”

Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib. 
“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, – deyə Siyyarto əlavə edib. 
Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib. 

 

Pərvanə Qarayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

15 2020 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə