Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, “Sputnik Qırğızıstan”, “AKİpress”, “Centralasia.media” xəbər agentlikləri, o cümlədən “Veçerniy Bişkek” qəzeti və digər mətbuat orqanları Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı informasiyalar, məqalələr, müsahibələr dərc edib.  

Parlament seçkilərində müşahidəçi kimi iştirak edən “Veçerniy Bişkek” qəzetinin baş redaktorunun birinci müavini Nina Niçiporova öz məqaləsində Qırğızıstan müşahidəçilərinin olduqları bütün məntəqələrdə seçkilərin açıq, şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. Məqalədə deyilir ki, Qırğızıstandan olan nümayəndə heyətinə Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın sədri Nurjan Şayldabekova, Joqorku Keneşin (Parlamentin) Azərbaycan-Qırğızıstan Dostluq Qrupunun rəhbəri Tazabek İkramov, Prezident Aparatı rəhbərinin müavini, Prezidentin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Diykanbayev, Qırğızıstan Xalq Assambleyası ­Şurasının sədri, akademik Abdıqanı Erkebayev, “#ONE Magazine” jurnalının baş redaktoru Aida Dolotbakova və digər şəxslər daxil idilər.  
Kurmanbek Diykanbayev “Veçerniy Bişkek” qəzetinə müsahibəsində Azərbaycanda parlament seçkilərinin demokratik şəraitdə keçirildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışaraq bildirib ki, ölkədə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqlarının tezliklə azad olunacağına böyük ümid var. 

 

Qulu Kəngərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

 

15 2020 00:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə