Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransız senator: Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər

Fransanın “L’Hebdo Bourseplus” jurnalında bu ölkənin ­Luar-Atlantik departamentinin senatoru və Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin vitse-prezidenti Joel Geryo ilə müsahibə dərc olunub. 

Müsahibədə fransız senator Azərbaycanda müşahidə etdiyi parlament seçkilərindən söz açıb, Fransanın Qafqaz ölkələri ilə münasibətinin vacibliyinə toxunub.
Əvvəllər Ermənistanla bağlı hesabat hazırladığını bildirən senator məhz bu hesabatın onu iki ölkə arasındakı münasibətlərdəki çətinlikləri müəyyən etməyə istiqamətləndirdiyini bildirib: “Bu hesabatdan sonra Fransadakı Azərbaycan səfiri ilə əlaqə yaratdım və o, məndən onu dinləməyimi xahiş etdi. Səfiri dinlədikdən sonra iki ölkə arasındakı münasibətlərin mürəkkəbliyinin nə qədər dərin olduğunu anladım. Azərbaycana getməklə bağlı təklifi parlament seçkiləri dövründə qəbul etdim. Bu səfər Azərbaycanın demokratik sistemini yaxından tanımaqla bağlı istəyimə uyğun idi”.  
J.Geryo Azərbaycanın Fransa üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, təbii sərvətlərlə zəngin olan Azərbaycana sərmayə yatırmağın əhəmiyyətinə toxunaraq, fransız şirkətlərini ölkəmizə dəvət edib. 
Fransız senator 1990-cı illərdə Azərbaycanın çox çətin vəziyyətdə olduğunu xatırladaraq, qısa müddət ərzində nail olduğu iqtisadi inkişafı vurğulayıb, Bakının Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov qüllələri kimi müasir memarlıq abidələrindən danışıb. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunan senator bildirib ki, Fransa həmsədr ölkə kimi hər iki tərəfə eyni münasibət göstərməli və münaqişənin həllində fəal olmalıdır. 
Senator azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığına toxunaraq, Bakıda soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıldığını vurğulayıb. Bildirib ki, iki ölkə arasındakı münaqişədən danışanda təkcə Dağlıq Qarabağ regionunun deyil, işğal altında olan digər rayonların da adı çəkilməlidir. 
Müsahibədə Şarl de Qolun Bakıya səfərindən də bəhs olunub.

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

 

15 2020 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə