Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Bakı şəhərinin Şüvəlan qəsəbəsində Sanator-Reabilitasiya Mərkəzinin tikintisinin satın alınması (1-ci mərhələ).
İddiaçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar Lot üçün 400,00 (dörd yüz) manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, (012) 565-12-41) ala bilərlər.
Təşkilat-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Rekvizitlər:
VÖEN- 1400049171
Adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond -7, iqtisadi təsnifat kodu - 142340 
Xəzinə hesab kitabı- 002730
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender təklifləri möhürlənib imzalanmış, ikiqat bağlı zərfdə 6 aprel 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1faizi məbləğində bank zəmanəti istisna olmaqla) bağlı zərfdə 27 mart 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya və baş podratçı kimi fəaliyyətini təsdiq edən sənədlər mütləqdir;
- müəssisənin maddi - texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- son üç ildə şirkət tərəfindən baş podratçı kimi təmir-tikintisi başa çatdırılan obyektlərin istismara verilməsini təsdiq edən sənədlər (müqavilələr, istismara icazə aktı və sair);
- dəyəri 3.0 (üç) milyon ABŞ dollarına ekvivalent məbləğdən yuxarı olan obyektlərdə baş podratçı kimi fəaliyyət göstərməsini və müvafiq şəkildə 3 (üç) illik maliyyə dövriyyəsinin bu məbləğdən az olmadığını təsdiq edən sənədlər;
- səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi olan və yüksək maliyyə dövriyyəsinə malik iddiaçılara bal sistemi zamanı qiymətləndirmədə üstünlük veriləcəkdir;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti notarial qaydada təsdiq olunmalıdır);
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış;
- iddiaçıların tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin bank zəmanətini (təklifin qüvvədə olma müddətindən 30 bank gündən çox olmalıdır) iki nüsxədən ibarət (əsli və surəti yazılmış) ikiqat bağlı zərfdə 6 aprel 2020-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 7 aprel 2020-ci il saat 15.00-da açılacaqdır. 

 

Tender komissiyası

15 2020 00:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə