Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tibbi heyətin 6 üzvü həlak olub

Tibbi heyətin 6 üzvü həlak olub

Çində koronovirusla mübarizə aparan tibbi heyətin 1712 üzvü adıçəkilən virusa yoluxub. Bundan başqa, onlardan altısı artıq dünyasını dəyişib. Bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.
Qeyd edilir ki, hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən biri xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür. Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır.
Məlumatı “China Daily” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

15 2020 00:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə