Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceff Bezos yeni malikanə alıb

Dünyanın ən zəngin insanlarından olan Ceff Bezos Beverli-Hillzdə 165 milyon dollara malikanə alıb. Bezos onu mediamaqnat Devid Qeffendən alıb. Bu, Los-Anceles rayonu üçün rekord məbləğli sövdələşmədir. Məlumata görə, sövdələşmədə daşınmaz əmlak üzrə agentlər iştirak etməyib.
“Warner Estate” adlı malikanə 1930-cu illərdə “Warner Bros” şirkətinin prezidenti Cek Uorner üçün inşa edilib. Burada geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis və qolf meydançaları var.
Xəbəri “Wall Street Journal” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

15 2020 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə