Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq sədr həbs olunub

Sabiq sədr həbs olunub

Çin İnkişaf Bankının sabiq sədri Xu Xuaybanı həbs olunub. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Çin Ali Xalq Prokurorluğu sabiq sədri korrupsiya əməllərində şübhəli bilərək həbs edib.
Məlumata görə, Çin Dövlət Nəzarət Komitəsi sabiq sədrin işi üzrə apardığı təhqiqatı Ali Xalq Prokurorluğuna təhvil verib. Hazırda prokurorluq sabiq sədrin işi üzrə geniş təhqiqat aparır, onun saxlanılmasına da təhqiqatın gedişində qərar verilib.
Qeyd edək ki, haqqında araşdırma aparılan Xu Xuayban qanun və intizam pozuntusuna görə bir neçə gün əvvəl Çin Kommunist Partiyasının (ÇKP) sıralarından uzaqlaşdırılmışdı. O, həm də Çin İnkişaf Bankının Partiya Komitəsinin katibi olub. Sabiq sədrin ÇKP-nin 19-cu ­qurultayına mandatı da ləğv edilib.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”​

15 2020 10:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə