Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karlos Qona qarşı 90 milyon dollarlıq iddia

Karlos Qona  qarşı  90 milyon dollarlıq iddia

BBC-nin yaydığı məlumata görə, “Nissan” şirkəti Yaponiya məhkəməsinə müraciət edərək şirkətin direktorlar şurasının sabiq sədri Karlos Qona qarşı  90 milyon dollar məbləğində məhkəmə iddiası qaldırıb.
Xatırladaq ki, ötən ilin sonlarında Yaponiyadan qaçan K.Qon hazırda Livandadır.
Şirkətin iddiasında qeyd edilir ki, direktorlar şurasının keçmiş sədrinin uzun illər davam edən yarıtmaz rəhbərliyi və fırıldaqları nəticəsində şirkətə böyük ziyan dəyib.
Şirkət rəhbərliyi bəyan edib ki, Yaponiyadan qaçmasına baxmayaraq, K.Qonun məsuliyyətə cəlb olunması üçün lazım olan bütün hüquqi addımlar atılacaq.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

15 2020 10:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə