Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

B. Conson Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edib

B. Conson Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edib

“Euronews” agentliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Conson ölkənin Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.
Mənbə yazır ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Ester Makvey, Ətraf Mühit katibi Tereza Vilers, Biznes, Enerji və Sənaye Strategiyası üzrə dövlət katibi Andrea Lidsom və Şimali İrlandiya üzrə katib Culian Smit vəzifələrindən azad ediliblər.
Bildirilir ki, baş prokuror Cefri Koks və Maliyyə Kansleri Səcid Cavid isə özləri istefa veriblər.
Qeyd edilir ki, Rişi Sunak Maliyyə Kansleri, Liz Tras isə Beynəlxalq Ticarət Katibi və Ailə, Qadın və Uşaq Problemləri üzrə nazir təyin ediliblər. Nazirlər Kabineti Aparatının baş ­direktoru isə ölkənin yeni Mədəniyyət naziri olacaq.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

 

15 2020 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə