Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul” klubu almaniyalı hücumçunu transfer edir

“Leyptsiq” komandasının forvardı Timo Vernerin yayda “Liverpul”a keçməsi gözlənilir. Bu barədə “Eurosport” məlumat yayıb.

Mənbə qeyd edir ki, “Liverpul” təmsilçisi aprelin soununa qədər oyunçunun transferini bitirəcək. “Qırmızılar” almaniyalı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək. “Leyptsiq” rəhbərliyinin də hücumçunun “Liverpul”a keçməsinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Timo Verner Bundesliqada 21 oyunda iştirak edib və 20 qol vurub. Onun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.

Elçin ABBASOV,
“Xalq qəzeti”

14 2020 16:58 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə