Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqında yeganə uran istehsalçısı

Avropa İttifaqında yeganə uran istehsalçısı

“Euronews” agentliyinin yaydığı məlumata görə, Finlandiya hökuməti “Terrafame” dövlət şirkətinə uran hasilatı və emalı üçün icazə verib.

Agentlik qeyd edir ki, Çexiya və Rumıniyada uran hasilatının və emalının dayandırılmasını elan etdiklərinə görə yeni qərarla Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir.

Bildirilir ki, “Terrafame” şirkətinin əsas fəaliyyəti nikel və sink hasilatından ibarətdir, uran isə metal hasilatı prosesində alınan yan məhsuldur. Gələcəkdə şirkət uranı nüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunan xüsusi maddəni emal edərək ixraca yönəltməyi planlaşdırır. Beləliklə, Finlandiya hökuməti tərəfindən verilən icazə ilə “Terrafame” şirkəti ildə 250 tona qədər uran istehsal edə bilər. Lakin buna baxmayaraq, faktiki istehsalın bir qədər az olacağı ehtimal edilir.

E.ABBASOV,
“Xalq qəzeti”

14 2020 16:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə