Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb dənizində raket yüklü gəmi ələ keçirilib

ABŞ Hərbi Dəniz Donanması Ərəb dənizində göyərtəsində raketlərin olduğu yük gəmisi ələ keçirib.  “Al-Arabiya” telekanalının məlumatına görə, ABŞ rəsmiləri bildirirlər ki, gəmidə 150 tankəleyhinə və üç ədəd yer-hava raketi aşkarlanıb.

ABŞ hərbi donanmasının bəyanatında deyilir ki, “Normandiya” kreyseri Ərəb dənizində üzən gəmini saxlayıb. “Şübhəli gəminin göyərtəsindən 150 ədəd “Dəhləvi” tankəleyhinə raket aşkar edilib. Rusiyanın “Kornet” raketlərinin əsasında istehsal olunmuş bu silahlar İranda buraxılıb”. Qeyd olunub ki, ötən ilin noyabrında da Ərəb dənizində bu cür silahlar müsadirə olunub. Amerikalı hərbçilər həmin silahların Yəməndəki Hutsi qiyamçılarına göndərildiyini iddia ediblər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

14 2020 16:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 15:04
27 yaşlı «Qızıl Əllər»

Köhnə versiyamızdan xəbərləri izlə