Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillərin seçkidə iştirakı üçün hər şey nəzərə alınmışdı

Əlillərin  seçkidə iştirakı üçün hər şey nəzərə alınmışdı

Son illər ölkəmizdə keçirilən seçkilərdə  sağlamlıq imkanları məhdud insanların  səsvermədə iştirakının və istədikləri namizədə səs vermələri ilə bağlı  əlverişli şəraitin yaradılması üçün  bütün imkanlardan istifadə olunur. Bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası, məşğulluğunun artırılması dövlətin prioritet vəzifələrindəndir.  Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  tərəfindən belə  vətəndaşlarımızın  sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Fevralın 9- da keçirilmiş parlament seçkilərində sağlamlıq imkanları məhdud insanların səsvermədə iştirakının təmin olunması üçün həyata keçirilən tədbirlər də  dövlətimizin diqqət və qayğısının nəticəsidir.

Hələ seçkilərə hazırlq  işləri başlayanda Mərkəzi Seçki Komissiyasından bildirildi ki, sağlamlıq imkanları məhdud insanların səsvermədə iştirakı və istədiyi namizədə səs verməsi üçün problem olmayacaq.  Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacağı və  bütün məntəqə seçki komissiyalarının səsvermə  bülletenləri ilə təmin ediləcəyi barədə məlumat verilmişdi. Axı, kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın, o cümlədən gözdən əlillərin və əlil arabasında gəzənlərin də səs  vermək hüququ var. Bu qəbildən olan insanlara daim hörmətlə yanaşılır və onların səsvermə hüquqları tanınır. 

Parlament seçkilərində də bunun şahidi olduq. Görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər və əlil arabasından istifadə edən vətəndaşların   seçkilərdə iştirakına şərait yaradılması üçün lazımi  tədbirlərin görülməsi təmin edilmişdi. Gözdən əlil vətəndaşlar səsverməyə gələndə onlara bülletenlə bir yerdə xüsusi trafaret təqdim olunurdu.

Əlil arabasında olan seçicilərin yaşadığı ərazilərin  seçki məntəqələri qabaqcadan müəyyənləşdirilərək   həmin seçki məntəqələrində panduslar quraşdırılmışdı.  Ötən seçkilərdə  əlillərin səs verməsinin təmin edilməsi üçün  ümumilikdə 1500 - dək seçki məntəqəsində pandusların quraşdırılması, digər imkanların yaradılması  təmin edilmişdi. Parlament seçkilərində də  bu imkanlardan istifadə olunmuşdu.

Parlament seçkilərində  yataq xəstəsi olan, bu səbəbdən  seçki günü  seçki məntəqəsinə getmək imkanı olmayan  seçicilərin də səs vermək hüququnun reallaşdırılması üçün müvafiq işlər görülmüşdü. Həmin seçicilərin  daşınar seçki qutuları vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunmuşdu.

Göründüyü kimi, ötən seçkilərdə olduğu kimi, bulki parlament seçkilərində də sağlamlıq imkanları məhdud insanların səs vermələri üçün bütün imkanlardan istifadə  edilmişdir.

Gülbəniz  BAYRAMOVA,
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru

14 2020 16:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə