Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dağıstan” rəqs ansamblının 60 yaşı tamam olur

Aprelin 21-də Heydər Əliyev Sarayında "Ləzginka" Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Yubiley konsert proqramında "Ləzginka" rəqs ansamblı ən unudulmaz rəqslərini təqdim edəcək.

Ansamblın Baş direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi Cambulat Maqomedov, bədii rəhbəri, Rusiyanın Əməkdar artisti Zəlimxan Xangereyevdir.

Ansambl dünyanın 70 ölkəsində çıxış edib və peşəkar kollektivlər arasında folklor rəqs üzrə 48 dünyaca məşhur festivalın qalibi olub.

Əfsanəvi ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin, Əfqanıstan, Fələstin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və Yeni Zelandiyada tamaşaçıların alqışları ilə qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Fevral 2020 15:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə