Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.

Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 15:47 -

Köhnə versiyamızdan xəbərləri izlə