Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək

Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək

Moskva şəhərində fevralın 13-dən 16-dək keçiriləcək növbəti “Şərq bazarı: Araqçın” beynəlxalq mədəniyyətlər festivalı çərçivəsində “Qafqaz sərvətləri: Dağıstan, Azərbaycan, Gürcüstan tikiş, geyim məmulatı, qab-qacağı” adlı sərgi də təşkil olunacaq.

Rusiya bürosu xəbər verir ki, sərgidə ölkəmizin qədim güləbətin sənəti, üzərində nağıl quş təsvirləri olan incə naxışlı daraqqabı, möhürqabı, qayçıqabı kimi qədim məişət əşyalarının nümunələri təqdim olunacaq.

Qeyd edək ki, ənənəvi keçirilən “Şərq bazarı” festivalı hər dəfə ayrı-ayrı ölkənin və ya regionun mədəniyyətinə həsr olunur. Builki festival Qafqaz mədəniyyətini əks etdirəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 15:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə