Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzeydə 900 yaşı olan tütək saxlanılır

Muzeydə 900 yaşı olan tütək saxlanılır

Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində gildən hazırlanan qədim tütək saxlanılır. Tədqiqatçıların fikrincə, həmin tütək ən azı 900 il bundan əvvəl hazırlanıb.

Bildirir ki, bu maddi-mədəniyyət nümunəsi ötən əsrin 80-ci illərində rayon ərazisindəki Marışlı, Noxudlu və Qırxçıraq qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparılarkən tapılıb.

Qədim musiqi aləti muzeydə toplanan 10 mindən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır.

İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən heç də geri qalmır. Nəfəsli alətlərin ifaçısı Mirağa Abdullayev bildirib ki, qədim gil-tütəyin müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır. Bu aləti səsləndirmək üçün bacarıqla yanaşı, gərək musiqi duyumun da ola.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2020 15:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə