Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Kitab Bağışlama günü qeyd edilib

Beynəlxalq Kitab Bağışlama günü qeyd edilib

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova 2020-ci ilin Kitab Bağışlama Gününün əsas sloqanının “Kitaba məhəbbəti paylaş” oldğunu bildirdi. Qeyd olunan Kitab bağışlama günündə rəmzi olaraq kitab formatında, il boyu isə müxtəlif formatlarda MEK ən dəyərli resurslardan biri olan informasiyanın düzgün toplanılmasını, sistemləşdirilməsini, MEK istifadəçilərinin sorğularına uyğun təqdim edilməsini, MEK fondları barəsində məlumatların oxucuların ixtiyarına verilməsini 11 mindən artıq kitabın bağışlanmasından (2019) daha önəmli olduğunu səsləndirdi. Belə ki, MEK-in elektron kataloqu, rəqəmsal sənəd bazası, vikipediyada hazırladıığı məqalələr, “YouTub”da “Vikipediya” dərsləri, elektron dərsliklər bazası, tammətnli beynəlxalq elektron resurslar, Mİlli Rəqəmsal Yaddaş bazası, Kitab abidələri siyahıları, UNESCO siyahıları və bazası, İxtiralar və faydalı model patentləri siyahıları, MEK-in Qərbi Avropa, Şərq Ədəbiyyatı, Rus, Azərbaycan, Nadir və başqa fondları, ayrı-ayrılıqda kolleksiyaları, fondlarında mühafizə olunan, lakin oxucular tərəfindən soraqlanmayan incilər, yeni daxil olan kitablar barəsində hazırlanan və paylaşıan məlumatların strateji önəm kəsb etdiyini bildirdi. Leyla İmanova eyni zamanda MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan 50 mindən artıq hədiyyə edilmiş unikal sənəd kolleksiyaları barəsində də məlumat verdi.

2012-ci ildə başlayan ənənə müxtəlif formatlarda, tvitterdə, facebookda, müxtəlif saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir. “Beynəlxalq kitab bağışlama günü” 2012-ci ilin 14 fevral tarixindən başlanaraq uşaq yazıçıları, blogerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur.

 

Daha sonra “Beynəlxalq kitab bağışlama günü” ilə bağlı kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Beynəlxalq kitab bağışlama günü taixinə dair məlumat verib, və MEK-in kitab bağışlama aksiyalarına aid qısa hesabatını təqdim edib.

Tədbir çərçivəsində MEK-ə də kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov çıxış edib. Təqdimatçı ivrid dilindən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda “Nprint Studiya” MMC tərəfindən nəşr olunmuş “Tövrat”ı MEK-ə hədiyyə edib və indiyə qədər orijinal mətni ilə müqayisəli şəkildə tərcümənin mövcud olmadığını bildirib. T.Sadıqov gələcək planlarına dair vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli elmi mövzular və tədqiqat işlərini davam etdirəcək. “Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, müqəddəs “Tövrat”ın tərcüməsi ilə 2014-cü ildən başlayaraq 5 il məşqul olub. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırılb və problemlərin həllinə imkan yaradıb.

Tədbirdə iştirak edən AMEA Şərqşünaslıq İnstitutunun direktoru, tərcümə layihəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəliyeva, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, folklorşünas, yazıçı, tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq ənənələri və multikultural dəyərlərdən, “Tövrat” kitabının tərcümə olunmasının bu dəyərlərə böyük töhfəsindən danışaraq, MEK-in təşkil etdiyi “Beynəlxalq kitab bağışlama günü” tədbirini orijinal formatda keçirilməsini və “Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər. Tədbirdə oxuculara və qonaqlara MEK tərəfindən kitablar hədiyyə olunub.

Qeyd edək ki, oxuculara və qonaqlara hədiyyə olunan kitablar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2004 və 2007-ci illərdə imzalanmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatının latın qrafikası ilə çap olunmasına dair sərəncamlar əsasında işıq üzü görüb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2020 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə