Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna-Azərbaycan layihələrinin rəhbəri İlahiyyat İnstitutunu ziyarət edib

Ukrayna-Azərbaycan layihələrinin rəhbəri, jurnalist Marina Qonçaruk Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini nəzərə çatdırıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

C.Məmmədov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq etdiyi ali təhsil qurumları ilə əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin zəruriliyinə toxunub.

Daha sonra Marina Qonçaruk təmsil etdiyi ölkənin universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi məsələlərinə toxunub. Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 Fevral 2020 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə