Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanın Aşağı Kürkənd kəndində yeni məktəb binası tikilir

Salyanın Aşağı Kürkənd kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur. Artıq binada hörgü işləri başa çatıb. Hazırda ikinci mərtəbədə iş görülür.

İnşa olunan 360 şagird yerlik təhsil ocağında 18 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Bina istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, tibb otağı, kitabxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Təhsil ocağı yeni invertar, əyani və texniki vasitələrlə təchiz olunacaq.

Məktəb binasının tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2020 11:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2020 | 16:37
Neftdən nə xəbər?!

Köhnə versiyamızdan xəbərləri izlə